EN

BƏƏ rəsmisi: "COP29-dakı qərarlar bərpa olunan enerjiyə böyük töhfə verəcək"

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul ediləcək qərarlar bərpa olunan enerji sahəsinə böyük töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa COP29 çərçivəsində təşkil olunmuş "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda bildirib.

"Son illər bir çox ölkələr bərpa olunan enerji sahəsinə dair ciddi öhdəliklər götürüb. İlk növbədə onlar 2033-cü ilə qədər olan dövrü əhatə edəcək öhdəliklərin həyata keçirilməsinə çalışırlar. 2050-ci ilə qədər bərpa olunan enerji mənbələri hesabına 11 teravat "yaşıl enerji" istehsalı planlaşdırılır. Bu istiqamətdə texnonologiyalardan istifadə, onların inkişafı mühüm əhəmiyyət kəsb edir" - deyə o vurğulayıb.

Qonağın sözlərinə görə, bu mənada COP29 böyük fürsət yaradır: "Yaşıl enerjiyə keçidlə daha çox insanın ona əlçatanlığını təmin etmək lazımdır. İndi birgə fəaliyyət göstərməli, bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməliyik. Bu mənada Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin böyük potensialı var".

Chosen
27
4
report.az

5Sources