EN

Sahibsiz itlər professoru parçalayıb

Sahibsiz

Ankarada gəzintidən sonra evə dönən professor Meliha Yılmaz sahibsiz itlərin hücumuna məruz qalıb. Ayaqları və üzü parçalanan və qonşuları tərəfindən xilas edilən Yılmaz xəstəxanaya yerləşdirilib.

Reyting.az
xəbər verir ki, küçə itləri, Qazi Universitetinin professoru Meliha Yılmazın ayaqlarına və üzünə xəsarətlər yetiriblər.

“Əvvəlcə bir it yaxınlaşdı. Sakitliyimi saxladım, amma dəli kimi göründü. Hürməyə başladı. Sol tərəfdən başqa it də gəldi. Bundan sonra meşədən və parkdan 10-a yaxın it gəldi. Məni yerə yıxdılar. Qonşular yetişənə qədər məni dişlədilər”, -professor bildirib.

Yılmaz, sahibsiz it probleminin ciddi həddə çatdığını bildirib və səlahiyyətlilərdən kömək istəyib: “Bu, indi insan haqları məsələsinə çevrilib. Bu itləri sığınacaqlarda sterilizasiya etmək və heyvan hüquqlarına uyğun toplamaq lazımdır. Məni yandırıblar, heç olmasa, başqaları yanmasın”.

Qeyd edilir ki, bu, Çiğdem rayonunda sahibsiz itlərin ilk hücumu deyildi. Dəfələrlə sahibsiz itlərin hücumuna məruz qalan məhəllə sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər.

V. QULİYEV
Chosen
36
reyting.az

1Sources