EN

COP29-un qlobal əhəmiyyəti və Qərbin ikili standartları » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

“İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının - COP29-un Azərbaycanda keçirilməsi qlobal miqyasda dünya birliyini narahat edən problemlərin qeniş miqyasda müzakirəsi üçün ən əlverişli və səmərəli platforma olmasına baxmayaraq, bəzi Qərb dövlətləri və ayrı-ayrı beynəlxalq təşkilatlar müxtəlif bəhanələrlə bu tədbirin keçirilməsini əngəlləməyə calışırdılar. Bu sıraya xüsusi “fəallığı” ilə fərqlənən Avropa İttifaqının Parlamenti də daxil idi. 24 oktyabr tarixində 22 bənddən ibarət qətnamə qəbul edən bu qurum COP29-a bir neçə neqativ müddəa həsr etmişdir. Hər bir deputatının illik saxlanılması vergi odəyicilərinə 2 million avrodan çox bir rəqəmi təşkil edən və 446 milyon avropalını təmsil edən qanunverici qurum tərəfindən həqiqətə uyğun olmayan müddəaların öz qətnaməsinə daxil edilməsi təəssüf və təəcüb doğurur. Aydındır ki, belə addımların arxasında COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq və boykot kampaniyasının həyata keçirilməsi niyyəti dururdu. Ancaq 96 ölkədən olan 72 min iştirakçının qeydə alınaraq, ölkəmizə gəlməsi, 80 dövlətdən Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərin COP29-da təmsilçiliyi nümayiş etdirdi ki, Bakıda keçirilən tədbir beynəlxalq miqyasda ən mühüm beynəlmiləl hadisədir.
Otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, böyük sülh müqaviləsinin imzalanması üçün danışıqların vasitəçisiz aparılması, Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejiminn möhkəmlənməsi və ölkəmizin COP29-a ev sahibliy etməsinə 200 dövlətin yekdil qərar verməsi fonunda biz yenə də Qərb dairələrindən selektiv yanaşmaları müşahidə etdik.
Məsələnin qörünən tərəfi ondan ibarətdir ki, Azərbaycanın müstəqil xarici və daxili siyasət aparması, beynəlxalq hüquqa əsasən dövlət suverenliyinin təntənəsinin öz imkanları hesabına təmin etməsi, xarici müdaxilələrə yol verməməsi və hibrid təhdidlərdən güvənli şəkildə qorunması ayrı-ayrı dövlətlərin maraqlarına uyğun gəlmir. Azərbaycan müasir şəraitdə yeni neo-kolonial vasitələrə və üsullara əsaslanan yanaşmalarla ardıcıl mübarizə aparır və qlobal miqyasda bütün beynəlxalq platformalarda hüququn aliliyinin təmin olunması üçün zəruri səylər göstərir. Bunun təsdiqini həmçinin Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə ən ciddi dəstəyin göstərilməsi nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında qeyd etmişdir ki, “həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir”. Xatırlatmaq lazımdır ki, 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanıb, Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrli dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Digər mühüm məsələ, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddəratını təyin etmə hüququndan istifadə edə bilməyən xalqlara dəstək göstərilməsidir. Dekolonizasiyanın müasir diskursu artıq XX-ci əsrin birinci yarısında formalaşmağa başlayaraq və 80 keçmiş koloniaların müstəqqilik əldə etməsi ilə nəticələnməsinə baxmayarq, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi hüquqi sonluğuna catmayıb. 2020-ci il 10 dekabr tarixində BMT xüsusi qətnamə qəbul edərək, 2021-2030-cu illəri Kolonizasiyanın ləğv edililməsinin dördüncü onilliyi elan etmişdir və beynəlxalq birlik kolonial əsarətə son qoyulması üçün bütün lazımi səyləri göstərməlidir.



Chosen
32
4
azadmedia.az

5Sources