EN

Qadın turşudan zəhərlənib öldü - VİDEO

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb. 

News365.az “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb. 

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib. 

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.


Chosen
8
16
news365.az

10Sources