EN

Rus əsgərləri Kurskda qarətlə məşğuldur - Qubernator təsdiqlədi

Rusiyanın Kursk vilayətində rusiyalı əsgərlərin yerli sakinlərin evlərini qarət etdiyinə dair daha əvvəl dərc edilən məlumatlar rəsmən təsdiqini tapır. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt (hazırda Rusiya Federasiyasının Nəqliyyat naziri vəzifəsində işləyir) etiraf edib ki, Rusiya hərbçiləri Qluşkovsk rayonunun kəndlərində yerli sakinlər tərəfindən tərk edilmiş evləri qarət ediblər.

Starovoyt Qluşkovsk rayonunun qaçqın düşən sakinləri ilə görüşündə deyib: “Soyğunçuluq haqqında. Dünən hüquq-mühafizə orqanları ilə keçirilən müşavirədə bu barədə danışılıb. Həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında talan faktları var”.

Starovoytun bu sözlərindən sonra zaldakı sakinlər onu alqışlamağa başlayıb.

Nazir qeyd edib ki, artıq əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıqlar verilib: “Qarət edilən əşyaların (Rusiyanın dərinliklərinə) çatdırılma xidmətləri vasitəsilə göndərilməsi ilə bağlı faktlar var”.

Qeyd edək ki, bundan öncə Kremlə yaxın KİV-lər Kurskdakı talanlara görə Ukrayna hərbçilərini ittiham etmişdilər. Ukrayna tərəfi isə bunu qətiyyətlə inkar edərək, talan edilən kəndlərə ümumiyyətlə daxil olmadıqlarını bildirib.

“AzPolitika.info”

Chosen
39
1
azpolitika.info

2Sources