Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Rusiya ordusu Donetsk vilayətininin Rovnopol kəndini işğal edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “DeepState” portalı məlumat yayıb.
“Düşmən Rovnopolu işğal edib, həmçinin Plehovoy, Novaya İlyinka, Novodmitrovka yaxınlığında, Petrovka, Antonovka, Voznesenka və Novoselidovkada irəliləyib”, - deyə portalın məlumatında deyilir.
Məlumat hələ ki, rəsmi qurumlar tərəfindən təsdiq olunmayıb.