Yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan "yaşıl enerji"nin idxalına daha çox ehtiyac duyacaq.
“Far.Az” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Bərpa Olunan Enerjiyə İnvestisiya: Davamlı Gələcəyə Aparan Yollar" mövzusunda keçirilən tədbirdə bildirib.
"Bu səbəbdən biz "yaşıl enerji"ni ölkəmizdə necə istifadə ediləcəyimizi və paylana biləcəyini anlamalıyıq. Enerji keçidinə gedən ölkənin iddialı məqsədi və planı olmalıdır. Milli kommunikasiya sənədimizdə biz "McKinsey Consulting" ilə sıx əməkdaşlıq etdik və ölkəmizdə hidrogen texnologiyası da daxil olmaqla, bərpa olunan enerjinin tətbiqi ilə bağlı baxışımızı təqdim etdik. Bu, həqiqətən çox maraqlı bir iş idi. Nəticədə, hazırda ərazilərimizdə hansı texnologiyanın effektiv olduğunu bilirik. Təbii ki, bu, günəş enerjisidir. Bu, təkcə xərc deyil, həm də texniki baxımdan effektivdir", - deyə o qeyd edib.