EN

“İnvestisiya və xeyriyyəçilik üzrə İqlim Platforması”

Paris Sazişinin hədəflərinə çatmaq üçün həyata keçirilən layihələrin icrasını sürətləndirmək məqsədilə COP29 Sədrliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionunun birgə təşkil etdiyi “İnvestisiya və xeyriyyəçilik üzrə İqlim Platforması”nda 2030-cu ilədək iqlim maliyyələşməsi, birbaşa xarici investisiyalar üçün dövlət və özəl sektor əməkdaşlığının sürətləndirilməsi, dekarbonizasiya həllərinin təşviqi, iqlim uyğunlaşdırılması, həmçinin dayanıqlılıq üçün maliyyə həlləri kimi məsələlər müzakirə edilib.

Platformada COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai qeyd edib ki, özəl sektorun həm məsləhət, həm də fəaliyyət formasında töhfələri əvəzolunmazdır. Ədalətli “yaşıl” keçiddə uğur qazanmağın yeganə yolu isə daha geniş konsensus qurmaq və bölücü ritorikadan qaçmaqdır: “Yüksəksəviyyəli çempion olaraq, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və sahibkarlarla görüşmüşəm və iqlim üzrə hərəkət etmə ehtiyacına dair konsensusun mövcud olduğuna əminəm”.

Chosen
47
xalqqazeti.az

1Sources