EN

Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirildi - Fotolar

Noyabrın 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 315 saylı tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Sakinlər küçələrin asfaltlanması və kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı müraciətlər ediblər.

Adil Əliyev sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.








Chosen
14
qafqazinfo.az

1Sources