EN

Avropa İttifaqı Ukrayna üçün silah almaq qərarını təsdiqlədi

Avropa İttifaqı ilk dəfə olaraq üzv ölkələrin sonradan qismən Ukraynaya göndərilməsi üçün silah, o cümlədən raketlər və sursatların birgə alışının maliyyələşdirilməsini təsdiqləyib.

Herbiand.az “Alman Dalğası”nas istinadən xəbər verir ki, seçilmiş beş layihə “Ümumi Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi” (EDIRPA) mexanizmi çərçivəsində həyata keçirilir. Təşəbbüslərin hər birinə 60 milyon avro ayrılıb. Maliyyələşdirmənin ümumi məbləği 300 milyon avro təşkil edəcək.

Avropa Komissiyasının vitse-prezidenti Margrethe Vestager bununla bağlı bildirib: "Bu, ilk dəfədir ki, biz Aİ büdcəsindən üzv dövlətləri ümumi müdafiə satınalmalarında dəstəkləmək üçün istifadə edirik".

Onun spözlərinə görə, söhbət hava və raket əleyhinə müdafiə sistemlərinin, müasir zirehli texnikanın və döyüş sursatlarının alınmasından gedir.

Chosen
26
herbiand.az

1Sources