EN

Siyəzəndə 54 yaşlı kişi ögey qızına təcavüz etdi: Arvadı şikayətçi oldu — TƏFƏRRÜAT

Siyəzən rayonunda 1970-ci il təvəllüdlü Nəcməddin yetkinlik yaşına çatmış əqli gerilik yataq xəstəsi olan ögey qızı, 2000-ci il təvəllüdlü Şahnaza (adlar şərti göstərilib – red.) təcavüz edib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin yanvarın 30-da baş verib. Nəcməddin həmin gün saat təxminən 15-16 radələrində birgə yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olduğunu, yəni serebral iflic, lal və kar, əqli gerilik və digər xəstəliyi səbəbindən 1-ci qrup əlilliyi olan, özünü müdafiə etmək və müqavimət göstərmək imkanından məhrum olduğu yetkinlik yaşına çatmış doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı istintaqla müəyyən olunmuş Şahnazın köməksiz vəziyyətdə olmasından istifadə edib. 

Şahnazın qışqırıq səsləri çıxarmasına məhəl qoymayaraq onu yaşadıqları evin qonaq otağında yerdə olan xalçanın üzərinə uzadaraq tualet bezini dəyişərkən şalvarını və alt paltarını soyundurduqdan sonra özü də əynində olan şalvarını soyunmaqla ona qarşı seksual xarakterli hərəkətlər edib. 

Daha sonra Nəcməddin ögey qızı ilə cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozub, onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlayıb. 

Nəcməddin həmin tarixdə və ünvanda Şahnazı zorladıqdan dərhal sonr onun köməksiz, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib, onun qışqırıq səsləri çıxarmasına məhəl qoymayaraq həmin yerdə onu üzü üstə çevirərək qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər zorakılıq hərəkətləri edib. 

Hadisəni törədən Nəcməddinin barəsində Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Südabə ilə 1990-cı ildə ailə qurub və birgə nikahından 2000-cı il təvəllüdlü Şahnaz dünyaya gəlib: “Şahnaz həm fiziki, həm də əqli qüsurludur. O nə danışa bilir, nə də ki gəzə bilir. Şahnaz yataq xəstəsidir və 1-ci qrup əlliliyə görə dövlət tərəfindən müavinət alır. O, həm lal, həm də kardır. Həyat yoldaşım Südabə Siyəzəndə qurumlardan birində xadimə işləyir. Özüm isə fəhlə kimi çalışıram. Mənim iş saatım səhər radələrində başlayır və səhər təmizlik işlərini gördükdən sonra 12:00-da, ya da 13:00-da evimə qayıdıram. Südabə isə saat 16:00-da hər gün işdən evə gəlir. Biz işdə olan zaman qızım evdə tək olur. Südabə işdən gələnə qədər mən qızıma qulluq edirəm, onun pampersini dəyişməkdən tutmuş yeməyini yedizdirməyə qədər bütün qulluğunu edirəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 30-da səhər saat 11:00-da işdən evə gələn zaman kolbasa və spirtli içki olan araq alaraq evə gəlib: “Saat təxminən 13:00-da nahar fasiləsinə gəldim və qızıma yemək yedirtdim. Mən kolbasa və arağı yeyib-içdim. Südabə təxminən saat 14:05-də işə qayıtdı. Həmin kolbasa ilə arağı içdikdən sonra sərxoş oldum. Təxminən saat 15:30-da qızımın pampersini dəyişmək üçün onu yerə uzatdım. Bu zaman onu soyundurdum, qızımın şalvarını tamamilə əynindən çıxartdım, koftasını isə sinəsinə qədər yuxarı çəkdim. Sərxoş olduğumdan qızımın çılpaq bədənini gördüm və cinsi hisslərim oyandı və məndə şəhvət hissi yarandı. Özüm də əynimdə olan şalvarı çıxaraq qızımın üzərinə uzandım və onunla cinsi əlaqədə olmağa başladım. Mən Şahnaz ilə təbii yolla cinsi əlaqədə olan zaman onun cinsi orqanından qan gəlməyə başladı. Həmin qan xalçanın üzərinə, ya da pampersə töküldü”. 

Nəcməddin qeyd edib ki, daha sonra o qızı Şahnaz ilə qeyri-təbii yolla da əlaqədə olub: “Bu zaman Şahnaz danışa bilməsə də, qışqırıq səsləri çıxarırdı. Mən qızım ilə cinsi əlaqədə olan zaman Südabə onun səsini küçədən eşitdi, qaçaraq evə gəldi və hay-küy salmağa başladı. Mən dərhal şalvarımı yuxarı çəkdim və evdə olan zaman peçin yanına uzandım. Arvadım Südabə isə evdən çıxaraq polis şöbəsinə getdi”.

Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, qızı Şahnaz ilə 30 yanvar 2024-cü ildə yaşadığı evdə qeyri təbii və təbii yolla cinsi əlaqədə olub: “Şahnaz serebral iflic olduğuna görə müqavimət göstərməyə imkanı olmayıb. Şahnaz yalnız qışqırıb, həmçinin iflic olduğuna görə ayağını və əlini hərəkət etdirə bilməyibş. Hadisə baş verən gün içkili olmuşam. İçkili olduğumdan cinsi aktımı başa çatdırdığım zaman spermanı hara boşaldığını tam xatırlamamışam. Güman etdiyim qədər Südabə gəldiyi üçün tələsərək şalvarıma ya da kənara ifraz etmişəm. Mən Şahnazın bioloji övladımın olmamasından xəbərsiz olmuşam.  Həmçinin baş vermiş hadisədən qabaq 0.5 litr araq qəbul edərək sərxoş olmuşam. Ona görə də elədiyim hərəkətdən peşman olmuşam. Mən hadisədən qabaq Şahnaza qarşı belə bir hərəkət etməyə cəhd göstərməmişəm və ya belə bir hərəkət etməyi düşünməmişəm”.

Cinayət işi üzrə lal və kar olan zərərçəkmiş Şahnazı təmsil edən, eləcə də hadisənin bilavasitə şahidi olan Şahnazın qanuni nümayəndəsi olan anası Südabənin sözlərinə gprə, Şahnazın bioloji atası onun vəfat edən keçmiş həyat yoldaşıdır: “Hadisə baş verdiyi vaxt mən evdə deyildim. Mən evə gəldikdə Nəcməddini Şahnazın  üzərində gördüm. Mən evə gələndə Nəcməddin darvazanı bağlamışdı. Şahnazın qışqırıq səslərini eşidərək hasarın üzərindən tullanaraq evə daxil oldum. Nəcməddin məni görən kimi şalvarını tez yuxarı çəkdi. Həmin vaxt Şahnazın köynəyi sinə nahiyəsinədək yuxarı, şalvarı isə aşağı çəkilmiş vəziyyətdə olub. Şahnazın intim yerində qan gördüm. Mən bunu görərək dərhal müvafiq polis orqanına məlumat vermək üçün getdim. Həmin gün axşam saatlarında polis əməkdaşları gəldilər və Nəcməddini apardılar”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcməddin 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
66
demokrat.az

1Sources