EN

ABŞ-ın şok planı: Türkiyə ilə sərhədə görün nə göndərir - Bu ada ələ keçirilir?

Cənubi Kipr ilə sıx təmaslarını artıran ABŞ Dədəağacda olduğu kimi adada da hərbi baza qurmaq üçün hərəkətə keçib. İsrailin təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarını ələ keçirməsi, Türkiyə və Rusiyaya təzyiq planı kimi şərh edilən ABŞ-ın strategiyasına ən böyük maneə Türk Dəniz Qüvvələri olaraq görülür.

Publika.az xəbər verir ki, bu barədə yazan “Haber Global”ın köşə yazarı Mert İnan bölgədəki hadisələrin gedişatı ilə bağlı təhlil aparıb.

Onun sözlərinə görə, keçmiş Pentaqon rəsmisi Maykl Rubin “The National Interest” jurnalındakı son məqaləsində Cənubi Kiprdəki İngilis bazalarının ABŞ-a köçürülməsini gündəmə gətirib.

Məqalədə Akratori və Dhekelia baza bölgələrinə işarə edən Rubin, Türk Hərbi Dəniz Qüvvələrinin gücünə toxunub: “Birləşmiş Krallıq Kiprdəki bazalarına nəzarəti də ABŞ-a verə bilər. Akrotiri və Dhekeliyanın ABŞ tərəfindən icarəyə götürülməsi pezident Hristodoulidesin 30 oktyabr 2024-cü ildə Ağ Evə səfəri zamanı vurğulanan ABŞ-Kipr əlaqələrini daha da gücləndirə bilər”.

“Oyun” quruldu

Son hadisələr yaşanarkən təqaüdçü vitse-admiral Kadir Sağdıç ŞKTC və Şərqi Aralıq dənizində İngiltərə-ABŞ planları ilə bağlı mühüm açıqlamalar verib: "ABŞ-ın Türkiyə Hərbi Dəniz Qüvvələrinə təzyiqi 30 ildən çoxdur davam edir. Hərbi Dəniz Qüvvələrinin vətənpərvər zabitləri ABŞ-ın planlarına qarşı olduqları üçün FETÖ-nün oyunlarının qurbanı olublar”.

ABŞ gücünü itirir

Montrö boğazlar konvensiyasının əhəmiyyətinə toxunan Sağdıç, İngiltərə-ABŞ-ın Kiprdəki planları və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gücü ilə bağlı bunları deyib: “Ruslar Latakiya və Suriya sahillərində hökmranlıq əldə edəndə ABŞ gözünü Kipr Rum tərəfindəki bazalara dikdi. Birqütblü dünyada İngiltərə-ABŞ hökmranlığı var idi, lakin bu gün güclər bölünüb. Şərqdə Çin mərkəzli bir quruluş, Avrasiyada isə Rusiya-Çin mərkəzli bir güc mərkəzi mövcuddur”.

Sakit okeana keçid

Chosen
17
publika.az

1Sources