EN

"Dəmir Mayk"ın əfsanəvi dönüşü - Dünya bu döyüşü gözləyir

style='margin-bottom:10px;'>

Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) super ağırçəkili boksçular arasında rəsmi döyüş keçiriləcək. 

QOL.az-ın xəbərinə görə, boks dünyası uzun müddətdir bu döyüşü gözləyir. Bu da səbəbsiz deyil. Çünki rinqə çıxacaq döyüşçülərdən biri "Dəmir Mayk" ləqəbli keçmiş dünya çempionu əfsanəvi Mayk Taysondur.

Hazırda 58 yaşı olan Taysonun son peşəkar döyüşü düz 19 il əvvələ təsadüf edir. 2005-ci ilin 11 iyununda irlandiyalı Kevin Makbraydla qarşılaşan Tayson texniki nokautla uduzub. 

Onun rəqibi isə özündən 31 yaş kiçik olan həmyerlisi, 27 yaşlı boksçu-videobloger Ceyk Pol olacaq. Bənzər halla indiyə qədər boks dünyası qarşılaşmayıb. 

Görüş 8 raunddan ibarət olacaq. Döyüşün Bakı vaxtı ilə noyabrın 16-sə, təxminən saat 7:00-da başlanacağı gözlənilir. Bundan öncə isə daha 2 döyüş olacaq. Tayson - Pol qarşılaşması gecənin son boks döyüşüdür. Qarşılaşma Netxliks platforması vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Mayk Tayson indiyədək peşəkar boskda 58 döyüş keçirib, 50-də qələbə qazanıb (44-nü nokautla), 6-da uduzub, 2 döyüşdə qalib müəyyənləşməyib. Ceyk Pol üçün isə bu, 12-ci döyüş olacaq. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.

Boksçular nə qədər qazanacaq?

Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.

Chosen
19
teleqraf.com

1Sources