EN

"ABŞ nüvə silahı istehsalını artıracaq" - WSJ

ABŞ gələcəkdə nüvə silahı istehsalını artıra bilər.

 

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Bu barədə nəşrə ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli nümayəndələri məlumat verib.

 

“Mövcud tendensiyalar mənfi istiqamətdə davam edərsə, Rusiya silahlara nəzarətə “yox” deyərsə, Çin və Şimali Koreya nüvə imkanlarını artırarsa, gələcəkdə ABŞ-nin nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - mənbələr bildiriblər.

 

Qeyd olunub ki, Donald Trampın yeni administrasiyası ölkədə nüvə silahı sektorunun inkişafı ilə bağlı qərar qəbul edəcək. Nəşr xatırladıb ki, ilk prezidentlik dövründə Tramp ölkənin keçmiş rəhbəri Barak Obamanın rəhbərliyi altında əvvəlki administrasiya tərəfindən hazırlanmış bütün əsas nüvə silahı təşəbbüslərini dəstəkləyib.

 

“Bundan əlavə, birgə hərbi siyasət yürüdən ölkələr Vaşinqtonun eyni vaxtda bir neçə münaqişədə iştirak edə bilməsi ehtimalını artırır”, - “The Wall Street Journal” yekunlaşdırıb.

 

Günay

Chosen
102
50
sfera.az

10Sources