EN

XİN rəhbəri: Ermənistan tərəfi ilə növbəti görüş...

Hazırda Azərbaycan nümayəndə heyətinin diqqəti COP29-dadır və və dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, belə bir görüşün dekabr və ya yanvar ayında olması sonrakı məsələdir:

“Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur”, - o deyib.

C.Bayramov erməni tərəfinin iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb ki, bu yeni mövzu deyil.

Chosen
12
1
publika.az

10Sources