Noyabrın 15-də iqlim fəalları Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iri ekoloji çirkləndiricilərə qarşı aksiya keçiriblər.
“Mavi zona”da baş tutan aksiya COP29-da iştirak edən iri sənaye çirkləndiricilərinin lobbiçiliyinə qarşı yönəlib. Aksiya iştirakçıları həmçinin ədalətli iqlim maliyyələşdirilməsinə çağırıblar və ətraf mühitin çirkləndirilməsinin dayandırılmasını tələb ediblər.
Etirazçılar “Böyük çirkləndiricilərə təzyiq edin!”, “İlanlardan (pis insanlar-red.) canımızı qurtarın!”, “1700+ böyük sənaye lobbiçiləri çıxarın!” şüarlarını qaldırıblar.