EN

İkinci əl geyimləri alarkən nəyə diqqət etməliyik? -Marketoloqdan açıqlama

Son illər insanlar pula qənaət etmək baxımından “Second hand” yəni işlənmiş ikinci əl geyimlərə üz tuturlar.
İkinci əl geyimləri almaq nə dərəcədə düzgündür? Sağlamlıq üçün təhlükə yarada bilərmi? Alandan sonra neçə dərəcədə yuyulmalıdır?

Suallarımızı cavablandıran marketinq mütəxəssisi Bəylər Əlizadə “Sherg.az”a bildirib ki, ikinci əl geyimlər öz seqmentində həmişə aktual olub:

“Bu müştərilər bir neçə kateqoriyaya bölünür. Bahalı geyimləri ikinci əl alanlar, ucuz geyimləri daha ucuza almaq istəyənlər, müəyyən məqsədlər üçün birdəfəlik geyim alanlar (Hiking, İş geyimləri və s.). Əslində bu kateqoriyaya icarəyə verilən geyimləri də əlavə etmək olar. Lakin ikinci əl geyim almağın fəsadları da ola bilir. Ona görə də müştərilər geyimi əldə edəndən sonra onun təmizliyinə mütləq önəm verməlidirlər. İkinci əl geyim alındıqdan sonra 60 dərəcədə yuyulmalı, düzgün yuyucu vasitələrdən istifadə olunmalıdır. Birbaşa geyimi alıb geyinmək müxtəlif xəstəliklərə, xüsusən də dəri xəstəliklərinə, allergiyalara səbəb ola bilər. Eyni zamanda alış edərkən satıcı amilinə önəm verilməlidir. Hər satış nöqtəsindən alınmamalı, bu barədə satıcılara da güvənməli, geyim haqqında bacardığı qədər məlumat alınmalıdır. Daha çox şəxs tərəfindən istifadə edilmiş geyimlər dəriniz üçün daha təhlükəlidir. Bu barədə yalnız müştərilər deyil, satıcılar da diqqətli olmalıdır. Müştəri sağlamlığına zərər vurma hər bir halda satıcı üçün də zərərsiz ötüşməyəcək. Ona görə istər satacağı, istər icarəyə verəcəyi geyimləri düzgün məlumatlanaraq alıb, onların təmizliyinə xüsusi önəm verməlidirlər”.
Chosen
100
48
sherg.az

10Sources