EN

COP29-da enerji təşəbbüsləri üzrə nazirlər görüşü keçirilib

Bakı. Trend:

Bakıda keçirilən COP29 çərçivəsində Yaşıl Enerji, Hidrogen vəQlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş YüksəkSəviyyəli Dəyirmi Masa təşkil olunub.

Trend xəbər verir ki, tədbirCOP29 Sədrliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi,BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və BMT-nin Avropa üzrəİqtisadi Komissiyasının (UNECE) birgə əməkdaşlığı çərçivəsindəkeçirilib.

Tədbir COP28-də razılaşdırılmış enerji hədəflərinə necə nailolmaq məqsədilə müzakirələrə həsr olunub və COP29 FəaliyyətGündəliyindəki üç təşəbbüsü əhatə edib: Yaşıl Enerji Zonaları vəDəhlizləri Vədi, Hidrogen Bəyannaməsi və Enerjinin Saxlanması vəEnerji Şəbəkələri üzrə Qlobal Vəd. COP28-də dünya liderləri bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə artırmaq öhdəliyigötürmüşdülər. Məqsəd 2030-cu ilə qədər qlobal bərpa olunan enerjigücünü ən azı 11,000 QVt-a qədər üç dəfə artırmaq və enerjisəmərəliliyinin artırılmasının qlobal orta illik dərəcəsini hər iltəxminən iki faizdən dörd faizə qədər ikiqat yüksəltməkdir. Buməqsədə çatmaq üçün bərpaolunan enerji istehsalını genişləndirməkyanaşı, milli və regional şəbəkələrə bərpa olunan enerjimənbələrinin inteqrasiyası ilə bağlı mövcud problemləri də həlletmək tələb olunur.

Bu kontekstdə enerji saxlama kritik əhəmiyyət daşıyır. Bu,bərpaolunan enerjinin qeyri-müntəzəmliyini azaltmaq və şəbəkəninsabitliyini artırmaq baxımından mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov,Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol,Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoruFrançesko La Kamera, UNECE-nin icraçı katibi Tatyana Molsean açılışnitqləri ilə çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki,dünyamız iqlim və enerji sahəsində taleyüklü bir mərhələyə daxilolub. Bu dönüş nöqtəsində bir araya gəlmək qlobal enerji gələcəyiniformalaşdırmaq üçün tarixi bir fürsətdir.

Diqqətə çatdırılıb ki, COP29 Sədrliyi tərəfindən irəli sürülmüş5 komponentdən ibarət olan bu üç enerji təşəbbüsü COP28-in bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqatartırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyənkonkret həllər təqdim edir.

Çıxış edən digər natiqlər bu təşəbbüslərin dəstəklənməsi üçünsəylərin birləşdirilməli olduğunu, ambisiyalı enerji hədəflərinənail olmaq üçün ortaq nəticələr üzərində iş aparılmalı olduğunuvurğulayıblar.

Chosen
18
7
az.trend.az

8Sources