EN

Türkiyənin A Liqasına yüksəlməsinə bircə addım qaldı

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasının B Liqasında (4-cü qrup) yarışan Türkiyə milli komandası sabah 5-ci turun matçına çıxacaq. 

QOL.az xəbər verir ki, Finçenso Montellanın komandası Kayseri şəhərində Uels millisini qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Hazırda Türkiyə millisi 4 oyundan 10 xalla qrup lideridir. Bu qrupda hərəyə 4 matç keçirən digər komandalardan Uels 8 xalla 2-ci, İslandiya 4 xalla 3-cü, Çernoqoriya isə 0 xalla sonuncu yeri tutur. Türkiyə millisi sabahkı qarşılaşmada ən yaxın izləyicisini məğlub edəcəyi halda son turun nəticəsindən asılı olmayaraq qrup birinciliyini təmin edəcək. Bununla da onlar Millətlər Liqasında ən yaxşı göstiricilərə malik komandaların iştirak etdiyi A liqasına vəsiqə qazanacaqlar.

Türkiyə millisində itkilər var

Qeyd edək ki, sabahkı matçda Türkiyə millisində cəzalı durumda olan Kenan Yıldız və zədəli olduqları üçün Çağlar Söyüncü, Ferdi Kadıoğlu ve Deniz Gül iştirak edə bilməyəcəklər.

Chosen
24
teleqraf.com

1Sources