EN

Rusiyada "YouTube"un fəaliyyəti BƏRPA OLUNDU

Bəzi rusiyalı istifadəçilər "YouTube"a yenidən giriş əldə etməyə başlayıblar.

 

Sfera.az xəbər verir ki, Rusiyada "YouTube" 100% əlçatandır və bütün mobil operatorlarda işləyir. 

 

Məlumata götə, "YouTube"un əlçatanlığı rejissor və təbliğatçı Karen Şahnazarovun Prezident Vladimir Putinlə görüşündən bir gün sonra bərpa edilib. O, "YouTube"un fəaliyyətini yavaşlatmağın bu gün çox praktik olmadığını deyib. Putin isə cavabında ona deyib ki, "YouTube"da hər cür çirkin oyunlar olur. 

 

Qeyd edək ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn "YouTube"un fəaliyyətinin ləngiməsinin hakimiyyətin işi olduğunu etiraf edib, lakin bu qərarı administrasiyanın “Rusiya qanunvericiliyinin pozulmasına” cavab olaraq “məcburi addım” adlandırıb.  Məlumata görə, yavaşlamadan əvvəl Rusiyada "YouTube"un orta gündəlik əhatə dairəsi 55,4 milyon nəfər olub.

 

Firuzə Əliyeva
 

Chosen
39
sfera.az

1Sources