Rusiya prezidenti Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında telefon danışığı olub.
Azpost.info bildirir ki, bu barədə Kremlin yaydığı press-relizdə deyilir.
Vladimir Putinin 2024-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar, habelə Mixail Mişustinin Bakıda son təmasları nəzərə alınmaqla sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsi məsələlərinə baxılıb.
Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək hərtərəfli inkişafında qarşılıqlı maraq təsdiq edilib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.