EN

"Ətraf mühitə təsir edən cinayətlər biomüxtəlifliyimizə ciddi təhdid yaradır"- Muxtar Babayev

Image

Ötən il COP28-də ilk dəfə olaraq hüquq-mühafizə orqanları qlobal iqlim dialoquna inteqrasiya olunub və onların iqlim dayanıqlılığı, sülhün qorunması və biomüxtəlifliyin mühafizəsi sahəsindəki əhəmiyyətli rolu vurğulanıb. COP29 çərçivəsində bu istiqamətdə işlər daha da genişləndirilib.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

M.Babayev çıxışında hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərlə mübarizədə rolunu və iqlim tədbirlərinin hüquq sisteminə inteqrasiyasının vacibliyini xüsusi vurğulayıb.

“Ətraf mühitə təsir edən cinayətlər – qanunsuz ağackəsmə, flora qaçaqmalçılığı, dəniz çirkliliyi, mineral və balıq ehtiyatlarının istismarı biomüxtəlifliyimizə ciddi təhdid yaradır və iqlim dəyişikliyinin təsirlərini daha da artırır,” – deyə M.Babayev qeyd edib. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi üçün müasir texnologiyalar, hüquqi çərçivələr və davamlı fəaliyyət metodlarının əhəmiyyətini diqqətə çatdırıb.

ZÜMRÜD






Chosen
10
baki-xeber.com

1Sources