EN

BMT-nin Ofis direktoru COP29-da transmilli cinayətkarlıqla mübarizə üçün çağırış edib

Biz gün həm də Transmilli Cinayətkarlıqla Mübarizə günüdür, hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq.

Olaylar xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən "Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda konfransda BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Qada Val deyib.

"Transmilli Cinayətkarlıqla Mübarizə günündə hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq. Kriminal ədaləti gündəliyə gətirmişik. İlk dəfə COP28-də Əbu-Dabi Çağırış Təşəbbüsü irəli sürmüşdük. Transmilli cinayətkarlıqla mübarizədə dövlətlər tərəfindən ciddi tədbirlər görülüb. Biz hüquq-mühafizə orqanlarına lazımi alət və imkanlar yaratdıqda bu sahədə mübarizə effektiv olacaq. Biz 2000-dən çox hüquq-mühafizə orqanı əməkdaşına təlim keçmişik", - deyə Qada Val vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
5
olaylar.az

7Sources