EN

Tramp “qollarını çırmaladı”: Müharibəni bitirir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz administrasiyasının səylərini Ukraynadakı müharibəyə son qoymağa yönəldəcəyinə söz verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Floridadakı “Mar-a-Laqo” malikanəsində keçirilən qala gecəsində belə deyib. “Biz Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Bu bitməlidir. Üç gün ərzində minlərlə adamın öldürüldüyü xəbərlərini gördüm. 

Onlar əsgər olublar. Amma istər əsgərlər olsun, istərsə də şəhərlərdəki insanlar, biz bunun üzərində işləyəcəyik”,-deyə ABŞ-nin 47-ci prezidenti bildirib. 

Qeyd edək ki, yeni seçilmiş prezidentin mətbuat katibi Kerolayn Livit bundan öncə Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra ilk gündə Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasına dəvət etmək niyyətində olduğunu bildirib. “Bloomberg”-ə açıqlama verən mənbələr isə Trampın vəzifəyə başlamasından iki aydan xeyli əvvəl Ukrayna siyasətini formalaşdırmağa başladığını bildirib. 

Chosen
36
cebheinfo.az

1Sources