Rusiyanın baş prokuroru İqor Krasnov Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Krasnov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına İştirakçı Dövlətlər Konfransının 29-cu sessiyasının yüksək səviyyəli plenar iclasında iştirak edəcək.
Rusiya baş prokuroru xarici həmkarları ilə də görüşəcək.
Bundan əvvəl Krasnov ŞƏT-ə üzv ölkələrin baş prokurorlarının 22-ci iclası çərçivəsində ÇXR-dən olan həmkarı Ying Yun ilə ikitərəfli görüş keçirib.
DOĞRU.AZ