EN

Ukraynanın daha bir şəhərində Puşkinin və Lermontovun abidələri söküldü – FOTO/VİDEO

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində rus şairləri Aleksandr Puşkinin və Mixail Lermontovun abidələri sökülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “На Часі” teleqram kanalı məlumat yayıb. 

Qeyd edək ki, Puşkinin Dneprdəki büstü 2022-ci il dekabrın 16-da sökülüb.

Odessa vilayətinin Ananyevo şəhərində, Nikolayev, Çerniqov və digər şəhərlərdə şairin xatirəsinə ucaldılan abidələr sökülüb şairin büstü sökülüb. 
 

Xatırladaq edək ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb. 21 fevral 2022-ci ildə Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlət kimi rəsmən tanıyıb.


Üç gün sonra Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. Hücum beynəlxalq səviyyədə pislənib və bu, bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və mövcud sanksiyaların gücləndirilməsinə səbəb olub. 














Bizim.Media

Chosen
75
50
bizim.media

10Sources