EN

ABŞ-də 11 sentyabr üslubunda terror aktı hazırlayan şəxs saxlanılıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Texas ştatının Hyuston şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən sakini saxlayıb. Bu barədə yerli kəşfiyyat xidmətinin filialının X sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

Açıqlamada 28 yaşlı Ənəs Səid adlı şəxsin artıq həbsdə olduğu bildirilib. Onu mənzilində saxlayıblar.

"Biz Hyustonda potensial terror hücumunun qarşısını aldıq", - FTB yazıb.

Paylaşımda o da vurğulanıb ki, dindirilmə zamanı şübhəli şəxs 2001-ci il sentyabrın 11-də təşkil olunmuş terror üslubunda terror aktı törətmək niyyətində olduğunu etiraf edib. Eyni zamanda, Səidin hücumu həyata keçirmək üçün bütün lazımi resursları olub.

Tural

Chosen
22
news365.az

1Sources