EN

Norveçdə balıqçı balıq əvəzinə sualtı qayıq "tutub"

Norveçdə maraqlı hadisə baş verib. Business Insider-in yaydığı məlumata görə, balıqçı Harald Engenin toruna təsadüfən Amerika sualtı qayığı ilişib.

Qeyd edilib ki, insident Norveçin qərb sahilindəki Malangen kəndi yaxınlığında olub: "Harald balıq tutarkən Amerikanın USS Virginia sualtı qayığı Engenin torlarına ilişib. Qayıq Norveç sahil mühafizəsinin köməyindən əvvəl iki dəniz mili (təxminən 3,7 km) məsafədə torlara ilişmişdi".

Tromso limanı yaxınlığında baş verən insidentdə xəsarət alan olmasa da, haisə ilə bağlı araşdırma aparılıb. ABŞ 6-cı Donanmasının sözçüsü leytenant Pirson Xokins də insidentin doğruluğunu təsdiqləyib. Amma o, sualtı qayığın bölgədəki missiyasının təfərrüatlarını açıqlamaqdan çəkinib. Xokins qeyd edib ki, ABŞ Arktika güclərindən biri kimi regionda təhlükəsizliyə davamlı maraq göstərir və onun sualtı qayıqları şimalda getdikcə mürəkkəbləşən təhlükəsizlik vəziyyətinin qarşısını almaq və qorumaq üçün fəaliyyət göstərir.

Tural

Chosen
48
news365.az

1Sources