EN

Trampa sui-qəsd cəhdi: Tehran Baydenə gizli mesaj göndəribmiş

İran ötən ay Bayden administrasiyasına Donald Trampa sui-qəsd cəhdi etmədiyinə dair yazılı açıqlama göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən Wall Street Journal məlumat yayıb.
 

Nəşr bildirib ki, oktyabrın 14-də İrandan verilən mesaj Vaşinqtonun sentyabrda Tehrana göndərdiyi özəl xəbərdarlığa cavab idi. Həmin ana qədər bu mübadilə haqqında heç bir məlumat verilməyib.


Xatırladaq ki, daha əvvəl Tramp İranın ona “konkret, lakin uğursuz sui-qəsd cəhdləri” etdiyini və onları təkrarlaya biləcəyini demişdi. 

Eyni zamanda, Tramp təhdidlərin onu qorxutmadığını, ABŞ ordusunun vəziyyəti diqqətlə izlədiyini və hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb. 

Lakin Tramp bununla bağlı heç bir dəlil təqdim etməyib.

Öz növbəsində, Tehran hakimiyyəti Trampı aradan götürmək istədiyi barədə iddia və planları qəti şəkildə rədd edib.

Rəna, Bizim.Media

Chosen
32
1
bizim.media

2Sources