EN

Təmirsiz evdə yaşamaq istəməyən məktəbli qız özünü binadan atdı

Rusiyanın Moskva şəhərində 16 yaşlı məktəbli qız intihar edib.
 
Hadisə axşam saat 22 radələrində Akademik Pilyugin küçəsində baş verib. Yoldan keçənlər intihara uyğun bədən xəsarətləri olan 16 yaşlı məktəbli qızın meyitini aşkar ediblər. Hadisə zamanı mərhumun valideynləri və kiçik qardaşı da evdə olub. Lakin onlar qızlarının özünü binadan atmasından gec xəbər tutublar.
 
Qohumları deyib ki, son 3 ildə qızın əhvalı pozulub və bir çox uşaqlıq dostları ilə ünsiyyəti kəsib.
 
Yeniyetmə qız dəfələrlə psixoloji yardıma ehtiyacı olduğunu iddia edərək, psixi pozğunluğunu “sovet” təmirli köhnə mənzilə qayıtmaq istəməməsi, hətta şəxsi otağının belə olmaması ilə izah edib. Vəziyyət yeniyetməni o dərəcədə sıxıb ki, o, özünü öldürüb. /Lent.az/
 
Chosen
30
1
moderator.az

2Sources