EN

Sabah Azərbaycanda iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək - Nazir

Bakı. Trend:

Sabah ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasınınmaliyyələşdirilməsi haqqında yekun qərar qəbul ediləcək.

Trend xəbər verir ki, bunuAzərbaycan energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında deyib.

"COP29 Azərbaycanının yaşıl enerji keçidinə sadiqliyini əksetdirən əhəmiyyətli nailiyyətlərlə yadda qaldı. Zəngəzurda bpşirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə ilk sənaye günəşenerjisi obyektinin təməli qoyuldu ki, bu da birbaşa xariciinvestisiyalı ən böyük layihə oldu. Biz 'Xəzər-Avropa Yaşıl EnerjiDəhlizi' layihəsi üzrə nazirlərin doqquzuncu iclasını keçirdik vətexniki-iqtisadi əsaslandırmanın ilkin nəticələri ilə tanış olduq.Həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşılenerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıqhaqqında hökumətlərarası saziş imzalandı, Səudiyyə Ərəbistanı isəbu üçtərəfli layihəyə əsas tərəfdaş kimi qoşuldu.

Bundan əlavə, altı Çin şirkəti ilə altı saziş imzalandı,Azərbaycan öz hidrogen strategiyasını elan etdi və Atom Enerjisiüzrə Beynəlxalq Agentliklə Paris Sazişi kontekstində enerjiplanlaşdırılması sahəsində Əməkdaşlıq Memorandumu bağlandı. Bu günOPEC-in Təmiz Enerji Mərkəzinin açılışı keçiriləcək, sabah isəümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasınınmaliyyələşdirilməsi haqqında yekun qərar qəbul ediləcək", - deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
27
3
az.trend.az

4Sources