EN

Hamiləlikdə qəbul edilən qidalar uşağın beyin inkişafına necə təsir edir? — Bunları yeməyin...

Ölkəmizdə ailələrdə hamiləlik planlaması demək olar ki, tətbiq olunmur. Çox az sayda olan ailələrdə hamiləlik öncəsi dünyaya yeni gələcək körpənin sağlamlığı nəzərə alınaraq tədbirlər görülməyə başlayır. Ailədə yeni doğulacaq körpənin maddi mənəvi təminatı ilə yanaşı sağlamlığı da böyük önəm daşıyır. 

Təəssüf ki, ölkəmizdə qadınları bu mövzular haqqında maarifləndirəcək seminarlar barmaqla sayıla biləcək qədər azdır. Əlçatanlığı isə sadəcə Bakı şəhəri üçün keçərlidir.

Son dövrlərdə dünyada yayılan və alimlər tərəfindən hələ də səbəbi aşkar edilməyən çox sayda davranış problemləri xəstəlikləri mövcuddur. Ekspertlər bu mövzuda fikir ayrılıqları yaşayır. Bir hissəsi bunun hamiləlik zamanı keçirilən stresslə, bir hissəsi genetik olduğunu, bir hissəsi isə hamiləlik zamanı qəbul edilən zərərli qidalara bağlı olduğunu iddia edir. Çünki hamiləlik zamanı qəbul edən qidalar dölün beyin inkişafında böyük rola malikdir.

Sürətli qidalanmanın yayıldığı bir dövrdə “Hamilələr necə qidalanmalıdır?” sualını Demokrat.az araşdırıb:

Hamiləlik zamanı necə qidalanmaq lazımdır? 

Hamiləliyin ilk aylarında əlavə kalori qəbulu ümumiyyətlə tövsiyə edilmir. Əgər ana artıq müntəzəm yemək yeyirsə, bəzi qidaları siyahısından çıxarmaq şərti ilə gündəlik qidalanma rejiminə davam edə bilər. Hamiləlik dövründə qidalanma körpənin sonrakı həyatı üçün çox vacibdir. Hamiləliyin ilk aylarında hamilə şəxs yaxşı bişmiş və təmizlənmiş tərəvəz-meyvə, taxıl və proteinlə zəngin qidalara üstünlük verməlidir. Körpənin inkişafı üçün risk yarada biləcək kofein və tütün məmulatlarından uzaq durmalı, mümkün qədər təbii və sağlam qidalanmalıdır. Hamiləliyin 3 əsas mərhələdən ibarət olduğunu söyləmək olar. Hər 3 aylıq mərhələ trimestr adlanır. Beləliklə, 1-ci, 2-ci və 3-cü trimestr üçün müxtəlif qidalanma üslubları tövsiyə olunur. Bu dövrdə hamilə qadınların qidalanması diqqətlə planlaşdırılmalı və körpənin gələcək həyatına da təsir edəcəyi üçün həkimin tövsiyələrinə ciddi əməl edilməlidir.

Ana olmağa hazırlaşan qadınlar hansı qidalardan uzaq durmalıdır?

Pasterizə olunmamış süd və pendir, çiy və ya az bişmiş yumurta, çiy və ya az bişmiş ət, toyuq və dəniz məhsulları, qazlı içkilər və konservləşdirilmiş meyvə şirələri, tərkibində yüksək şəkər və sadə karbohidratlar olan məhsullar, həddindən artıq duzlu qidalar, yuyulmamış ət məhsulları, kofein və.s

Chosen
24
50
turanpress.com

10Sources