Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun Moskvanın mərkəzində 2000-ci illərin əvvəllərində aldığı 5 otaqlı mənzili əlindən alına bilər.
Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, onun mənzilinin sahəsi 427 kvadratmetrdir və o, onu 700 milyon rubla (12 018 020 AZN) satmağa çalışır. Çoxmərtəbəli mənzilin hər mərtəbəsində kamin, 24 saat mühafizə, kitabxana, işçi otağı, soyunub-geyinmə otağı, beş sanitar qovşağı var.
Sənədlərə əsasən mənzilin qarşısındakı yaşayış binaları da Kasyanov və onun həyat yoldaşı İrinaya məxsusdur.
Bundan xəbər tutan “Rusiya veteranları” Baş Prokurorluqdan onların dövlətin xeyrinə müsadirə olunmasını tələb ediblər.