EN

COP29 çərçivəsində "Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar" mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Yaşıl Enerji şirkətinin nümayəndəsi Xəyalə Nağıyevanın moderatorluğu ilə keçirilən tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, “Masdar Azerbaijan” şirktətinin direktoru Murad Sadıqov, “Baltech Green” LLC şirkətinin rəhbəri Volkan Gerdan və ABŞ-dan qonaq "Lyten" şirkətinin nümayəndəsi Laszlo Horvath çıxış ediblər.

Rəna Hümbətova Azərbaycanın yaşıl enerji sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib.

“Azərbaycanın Türkiyə üzərindən təxminən 1 giqavat gücündə bərpaolunan enerji ixracı ilə bağlı üçüncü yaşıl dəhlizin yaradılmasına dair layihə reallaşdırır. Azərbaycanın zəngin bərpaolunan enerji resursları var. Hazırda bununla bağlı araşdırmalar aparılır və fəaliyyətimiz daha da genişlənir. Azərbaycanın bərpaolunan enerji sahəsində texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Hazırda isə ölkənin bərpaolunan enerji potensialı, günəş və külək enerjisi daxil olmaqla, quruda 27 giqavat, Xəzərdə isə 157 giqavatdır”, - deyə direktor müavini əlavə edib.

Panel sessiya çıxışçıları davamlı inkişafı təmin etmək və regionun enerji təhlükəsizliyini gücləndirmək üçün bərpaolunan enerji infrastrukturuna əhəmiyyətli investisiyaların cəlb edilməsinin artan əhəmiyyətini müzakirə ediblər. Həmçinin regionun iqtisadiyyatına müsbət təsirlərə, o cümlədən iş yerlərinin yaradılmasına və ənənəvi enerji mənbələrindən asılılığın azaldılmasına toxunulub. Eyni zamanda, sessiya tənzimləyici gecikmələrin yaratdığı çətinlikləri, planlaşdırma və icrada daha yaxşı əlaqələndirmə ehtiyacı barədə danışılıb.

Chosen
16
ikisahil.az

1Sources