EN

COP29 çərçivəsində tezliklərdən istifadə və radiomonitorinq tədbirləri (FOTO)

Bakı. Trend:

COP29 tədbiri çərçivəsində radioelektron vasitələrin (REV)istifadəsi üçün tezliklərin ayrılması və həmin REV-lərin test vəetiketlənməsi işləri davam edir.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, həmçinin tədbirin təşkili və işıqlandırılmasıməqsədilə ayrılmış tezlik nominallarına radiomaneə təsirlərininqarşısını almaq üçün müvafiq radiomonitorinq tədbirləri də həyatakeçirilir.

Görülən işlər çərçivəsində tədbir müddətində istifadə olunanradioxidmətlər üzrə ayrılmış radiotezliklər monitorinq edilir,mobil rabitə operatorlarının müxtəlif texnologiyalar üzrə siqnaləhatə dairəsi və qəbul səviyyələri yoxlanılır.

Bu günədək radiotezliklərdən istifadə sahəsində COP29 AzərbaycanƏməliyyat Şirkətinin iştirakı ilə 680-dək müraciət cavablandırılıbvə 2000 ədəd radioelektron vasitənin (REV) istifadəsinə müvafiqicazələr verilib. Verilmiş icazələr əsasında 1550-dək REV-inetiketlənərək məkanda istifadəsinə başlanılıb. REV-lərinistifadəsinə maneə yarada biləcək 65-dək potensial radioşüalanmamənbəyi müəyyən olunub və onların qarşısını almaq üçün zəruritədbirlər görülüb.

REV-lərin test və etiketlənməsi, eləcə də radiomonitorinqtədbirləri tədbir iştirakçılarının və media qurumlarınınradioxidmətlərdən maneəsiz və səmərəli istifadəsinin təminolunmasında mühüm rol oynayır.

COP29
COP29
COP29
COP29
COP29
Chosen
9
3
az.trend.az

4Sources