EN

COP29 çərçivəsində Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair müzakirələr aparılıb

Bakı. Trend:

COP29 çərçivəsində noyabrın 15-də “Qlobal Cənub əməkdaşlığıvasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” mövzusundagenişmiqyaslı tədbir keçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdəQoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olandövlətlərin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrifəal iştirak ediblər. Tədbirə, həmçinin müxtəlif beynəlxalqtəşkilatların, aparıcı QHT-lərin, dövlət qurumlarınınnümayəndələri, elm adamları və iqlim sahəsində fəaliyyət göstərənekspertlər də qatılıblar.

Əvvəlcə Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə gördüyüişləri və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayişolunub.

Videoçarxda ölkəmizin həyata keçirdiyi yaşıl enerji layihələri,bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi vəkarbon emissiyalarının azaldılması istiqamətində atılan addımlartəqdim olunub. Nəticə etibarilə ölkənin iqlim dəyişikliklərinəqarşı mübarizədə regionda və dünyada nümunəvi bir model kimi çıxışetdiyi diqqətə çatdırılıb.

COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlərnaziri Muxtar Babayev videoçarx vasitəsilə tədbir iştirakçılarınamüraciət edərək müzakirə olunan mövzunun əhəmiyyətinə diqqət çəkib:“Bugünkü toplantımız iqlim dəyişikliyinə qarşı mübarizədə ümumiöhdəliyimizin daha bir göstəricisidir. Bu problem sərhədlər,mədəniyyətlər və inanclarla məhdudlaşmır, hər birimizə və bütünplanetimizə təsir edir.

İqlim dəyişikliyinin insanlara və təbiətə təsirlərini azaltmaq,həm də gələcək nəsillər üçün bu dünyanı qoruyub saxlamaq bizimkollektiv məsuliyyətimizdir. Qlobal istiləşməni 1,5 dərəcə iləməhdudlaşdırmaq həm iddialı məqsəd, həm də konkret fəaliyyət tələbedir. Bu, həll etməli olduğumuz bir sınaqdır və planetimizdəkihəyatın gələcəyini müəyyən edəcək.

Bu çağırışda heç bir ölkə və ya sektor təkbaşına hərəkət edəbilməz. Bu, hər bir ölkənin və hər bir sektorun birgə əməkdaşlığınıtələb edir. İnkişaf etməkdə olan iqtisadiyyat kimi biz dəqarşılaşdığınız çətinlikləri anlayırıq, çünki biz də eyniproblemləri yaşayırıq. İqtisadi inkişafı iqlim fəaliyyəti iləbalanslaşdırmaq, iqlim dəyişikliyinin artan təsirləri ilə mübarizəaparmaq çətinlikləri ilə tanışıq. Biz illərdir bu istiqamətdəəməkdaşlıq və paylaşma təcrübəsini gücləndiririk. İnkişaf etməkdəolan ölkələrin tərəqqiyə nail olması üçün vətəndaş cəmiyyəti mühümrol oynayır.

Bu qurumlar iqlim fəaliyyətini irəli aparmaq üçün yeniperspektivlər, ideyalar və strategiyalar gətirir, eyni zamanda,icmaların səslərini qorumağa töhfə verir. Mən buradan bütüniştirakçılara və tərəfdaşlara müraciət edərək, razılaşmalarınruhunu şərəfləndirməyə çağırıram. Bu razılaşma qeyri-rəsmi sənəddəndaha artıqdır. Bu, insanların və planetin qorunması üçün bizimümumi məsuliyyətimizi simvollaşdırır. Bu sənəd bizə fərqlərimizikənara qoyaraq bir araya gəlməyimizi, bizi birləşdirə biləcək həllyollarına diqqət yetirməyimizi xatırladır. Qlobal iqlim böhranı hərkəsə təsir edir və yalnız birgə səylərimizlə bu probleminöhdəsindən gələ bilərik”.

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu NigarArpadarai videoçarx vasitəsilə müraciətində diqqətə çatdırıb ki,milli hökumətlər, inkişaf siyasətləri, iqlim liderləri və yerlixalqların nümayəndələri qarşısında duran çağırış iqlimdəyişikliyidir:

“Bu dövrün ən mühüm sınağı olan iqlim dəyişikliyi bütüncəmiyyətin iştirakını tələb edir. Bu, hər birimizin öhdəlik,imkanlar və güclü əməkdaşlıq göstərməsini şərtləndirir. Bu problemyalnız tərəfdaşlıq və genişmiqyaslı əməkdaşlıq sayəsində həll ediləbilər. Çoxsaylı regionlarda müxtəlif öhdəliklərimiz vətəşəbbüslərimiz iqlim fəaliyyəti sahəsində irəliləyişin mümkünolduğunu sübut edir. Bununla belə, iqlim dəyişikliyinin təsirləriyalnız məsafələr və sərhədlərlə məhdudlaşmır.

Bu problem təbii resursların tükənməsi və qlobal həyatın ənböyük çətinlikləri ilə üz-üzə qalmağımıza səbəb olur. Dünyadaiqlimin dəyişməsi artıq göz önündədir, biz bu dəyişiklikləri hissedirik və onların ölkələrə, icmalara, eləcə də fərdlərə necə təsiretdiyini görürük. Gələcək nəsillər üçün daha yaxşı dünya qurmaqməqsədilə birgə fəaliyyətimizi davam etdirməliyik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, DOSTİnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru NigarMəmmədova, BMT-nin QHT şöbəsinin rəhbəri Vuk Cin Çanq, “TəmizTorpaqlar” təşəbbüsünün yaradıcısı, 2023-cü il Dünya ƏrzaqMükafatının laureatı Heidi Kuhn və başqaları iqlim məsələləri iləbağlı daha sıx əməkdaşlıq platformalarının yaradılmasınınzəruriliyini vurğulayıblar.

İştirakçılar, həmçinin Azərbaycanın iqlim dəyişikliklərinə qarşıhəyata keçirdiyi layihələr və QHT-lərə verdiyi dəstək barədə dəməlumatlandırılıb.

Tədbir müxtəlif regionlardan olan nümayəndələrin birgə fəaliyyətstrategiyalarının müzakirəsi ilə davam etdirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
59
2
az.trend.az

3Sources