EN

Aİ xarici işlər nazirləri İsrailə qarşı ticarət sanksiyalarını nəzərdən keçirəcək – ÖZƏL

Noyabrın 18-də Aİ ölkələrinin xarici işlər nazirləri İsrailə qarşı ticarət sanksiyalarının tətbiqi və onunla siyasi əlaqələrin dayandırılması imkanlarını müzakirə etmək üçün Brüsseldə bir araya gələcək. Buna səbəb Qəzzadakı münaqişə zamanı humanitar normaların pozulmasıdır. 

Olaylar.az xəbər verir ki, bu məlumatı Aİ diplomatik xidmətinin rəhbəri Cozep Borrell açıqlayıb.

Borrell qeyd edib ki, son bir il ərzində İsrailin Qəzzadakı hərəkətlərində beynəlxalq qanunlara riayət etmək üçün dəfələrlə edilən çağırışlar nəticə verməyib, ona görə də eyni şərtlərlə əməkdaşlığı davam etdirmək mümkün deyil.

O, Aİ ölkələrinə işğal olunmuş ərazilərdə qeyri-qanuni yaşayış məntəqələrində istehsal olunan malların idxalına qadağa qoymağı, həmçinin İsraillə siyasi dialoqu dayandırmağı təklif edib. Bu məsələlər Aİ Şurasının xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək iclasında müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
1
olaylar.az

2Sources