EN

Abxaziyada müxalifətlə hakimiyyət arasında danışıqlar başlayıb – ÖZƏL

Abxaziya Respublikasının hakimiyyəti müxalifət etirazçıları ilə danışıqlara başladığını elan edib. Məlumdur ki, etirazçılar Abxaziyanın hazırkı prezidenti Aslan Bjaniyanın istefasını və hakimiyyətdən Abxaziya liderinin növbədənkənar seçkilərinin tarixini təyin etməyi tələb edirlər. 

Olaylar.az xəbər verir ki, bu barədə Respublikanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa məlumat verib.

"Hazırda danışıqlar gedir. Etirazçılar iki tələb irəli sürürlər: respublika prezidentinin istefası və növbədənkənar seçkilərin vaxtının təyin edilməsi", - deyə siyasətçi vurğulayıb.

Müxalifət nümayəndələri də hakimiyyəti hədələyirlər ki, tələblərinə məhəl qoyulmasa, daha radikal üsullara keçəcəklər. Xatırladaq ki, Abxaziyada mitinqlər respublika parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası məsələsinə baxmaq istəməsindən sonra başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
olaylar.az

1Sources