EN

Keşlədə kollektorun üzərində salınan qəbirlər dağıldı - 5 məzar başqa yerə köçürüldü

Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.


Qaynarinfo xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya verilən məlumata görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.


Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.


Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.


Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.


Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.



Chosen
35
14
qaynarinfo.az

10Sources