EN

COP Atəşkəs Çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilməlidir - Nigar Məmmədova

Bakı. Trend:

COP29-un timsalında bir neçə gündür, bütün tərəflər üçün azad vəaçıq müzakirəni təşviq edən şəffaf bir proses başlayıb. Bu prosesinklüzivliklə, əməkdaşlıqla daha da gücləndirilir. Yerli xalqların,gənclərin, vətəndaş cəmiyyətinin, qlobal Cənuba qədər hər kəsinsəsi eşidilməkdədir.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı, COP29 təşkilat komitəsinin üzvi NigarMəmmədova “Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinininkişafı: QHT-lərin rolu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, təcrübə göstərir ki, vətəndaş cəmiyyətiinstitutları innovativ və davamlı həll yolları ilə aktual sosial,iqtisadi və ekoloji problemlərə töhfə verməklə əsas hərəkətvericiqüvvələrdən biridir.

“Xüsusilə iqlim dəyişikliyi ilə bağlı cəmiyyətinməlumatlılığının artırılmasında QHT-lər mühüm rol oynayır. Bumənada vətəndaş cəmiyyəti institutlarının iqlim idarəçiliyindəiştirakı effektiv nəticələr verir. Məhz QHT-lərin işi icmalarıgücləndirir, bərabərliyi təşviq edir və daha ədalətli cəmiyyətətöhfə verir. Biz QHT-lərin iqlim idarəçiliyinə ən yaxşı şəkildətöhfə verməsi üçün şərtləri müəyyən etməliyik.

QHT-lərin iqlim siyasətində, iqlim danışıqlarında aktiviştirakına nail olmalıyıq. Bütün ölkələr iqlim və ətraf mühitfəallarını qorumalı, onları qərar qəbul etmə prosesinə cəlbetməlidir. Hesab edirəm ki, Qlobal Cənub-Cənub Əməkdaşlığı inkişafetməkdə olan dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkləiqlim fəaliyyətinin daha geniş kontekstində mühüm rol oynayır.İqlim dəyişikliyinə qarşı ortaq çatışmazlıqları nəzərə alaraq, buölkələr bilik, təcrübə və resurslar mübadiləsindən faydalanmalıdır.Biz real iqtisadiyyatı iqlim fəaliyyətinə uğurla inteqrasiyaetməliyik.

“Bakı COP” həm də inklüzivliyi prioritet elan edib. Məhzinklüzivlik dayanıqlı rifah və təbii resursların səmərəli idarəedilməsi kimi üstünlükləri təmin edir. İnklüziv iqlim fəaliyyətihəm iqlim dəyişikliyinin ən həssas təbəqəyə təsirini azaltmaq, həmdə iqlim fəaliyyətindən əldə edilən faydanın ədalətli şəkildəbölüşdürülməsini təmin etmək deməkdir. Buna nail olmaq üçün iqlimüzrə fəaliyyət geniş maraqlı tərəfləri cəlb etməlidr. Bu, iqtisadi,ekoloji və sosial faydalar təmin edən uyğunlaşa bilən vəgenişləndirilə bilən yanaşma ilə nəticələnir.

Biz aşağı gəlirli, həssas icmalara birbaşa fayda verən iqlimtədbirlərini həyata keçirmək üçün bütün imkanları nəzərdənkeçirməliyik. Ən həssas qrupları iqlim böhranının dağıdıcınəticələrindən qorumalıyıq.
Bakı COP-da aparılan müzakirələrə uyğun olaraq əminliklə demək olarki, 2024-cü il ölkələr üçün milli öhdəliklərlə bağlı yenihədəflərin müəyyən edildiyi ildir.

COP29 həm də “COP sülh” platformasıdır. Belə ki, COP29 Sədrliyirəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına startverib. Biz bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlikolmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyəçağırırıq", - o qeyd edib.

N.Məmmədova bildirib ki, COP Atəşkəs Çağırışı bəşərhəmrəyliyinin simvoluna çevrilməlidir:

"Hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminəbirlik olmalıyıq. Dağıdıcı qüvvələrin qarşıdurması böyükfəlakətlərə, münaqişələr zərərli iqlim nəticələrinə səbəb olur.Münaqişələr zamanı istifadə edilən silah və hərbi texnika olduqcatəhlükəli ekoloji miras qoyur. Minalar, kaset sursatları kəndtəsərrüfatı torpaqlarına girişi məhdudlaşdırır, torpaqları və sumənbələrini zəhərli enerjili materiallarla çirkləndirir. Yəni,münaqişələr yalnız insan kapitalının məhvi deyil, bu, problemingörünən tərəfidir. Münaqişələr ekosistemin pozulması, təbiiehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizinsağlamlığının təhlükə altına düşməsi deməkdir.

Öz ölkəmin 30 ilə yaxın müddətdə işğaldan və ekoloji terrordan,vandalizm xarakterli dağıdıcı əməllərdən çəkdiyi əziyyəti və buağır durumda tətbiq etdiyi həll yollarına dair təcrübəsini bölüşməkistəyirəm. 4 il əvvəl ərazi bütövlüyünü bərpa etmiş Azərbaycandövləti bu gün ekosidin, urbisidin ağır nəticələrini aradanqaldırmağa çalışır.

Təxmini hesablamalara görə, qlobal istixana qazı emissiyalarınınən azı 5,5%-i dünya ordusunun payına düşür. Əslində bir çoxhökumətlərin hərbi fəaliyyətlərdən emissiyalar haqqında məlumatıgizli saxlamasını nəzərə alsaq, bu rəqəmin xeyli yüksək olduğunusöyləyə bilərik. Bir sözlə, istixana qazları tullantıları azalmasa,heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən xilas olabilməyəcək.

Bu mənada COP29 uzunmüddətli sülhün yollarını müəyyən etmək üçünunikal imkan ola bilər. Bütün tərəflərin fəallığından asılı olaraqBakı COP dönüş nöqtəsi olmalıdır.

Bizim iqlim dəyişikliyi ilə bağlı aktual problemin həllində dincvə vahid cəbhədə birləşməyə ehtiyacımız var. Bu cəbhədə hər birimizfəal olmalıyıq – yaşıl və sağlam dünya naminə”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
38
az.trend.az

1Sources