EN

Mina təhlükəsi ilə mübarizə Azərbaycandakı ən vacib istiqamətlərimizdən biridir - BMT rəsmisi

Bakı. Trend:

ANAMA-da BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişafProqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə RegionalBürosunun direktoru ilə görüş keçirilib.

Trend xəbər verir ki, bubarədə ANAMA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası MinatəmizləməAgentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Başkatibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa vəMüstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvanaJivkoviç ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir çox məsələlər, ocümlədən Azərbaycan Respublikasının ərazisində yaradılması nəzərdətutulmuş ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübazirə üzrəBeynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi ilə bağlı fikirmübadiləsi aparılıb.

Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminininsanların həyat və sağlamlığına, ətraf mühitə yaratdığı təhdidlərvə bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilənfəaliyyət barədə qonağa məlumat verib.

COP29 çərçivəsində Azərbaycana səfər edən İvana Jivkoviçsözügedən beynəlxalq tədbirin ölkəmizdə yüksək səviyyədə təşkilolunduğunu qeyd edərək, mina təhlükəsi ilə mübarizə sahəsininBMTİP-nin Azərbaycandakı ən vacib istiqamətlərindən biri olduğunudiqqətə çatdırıb.

Görüşdə BMTİP ilə ANAMA-nın uzun illərə dayanan sıx əməkdaşlıqtarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialınıngücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalıəməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mina
Mina
Mina
Chosen
109
6
az.trend.az

7Sources