Beynəlxalq Futbol Federasiyası qarşıdan gələn klublararası dünya çempionatı üçün hazırlanmış kubokun yeni modelini təqdim edib.
2025-ci ildən etibarən hər dörd ildən bir keçiriləcək.
Kubokun dizaynını "Tiffany & Co" zərgərlik şirkəti hazırlayıb.
Kubok 24 karat qızılla örtülmüş, futbolun zəngin tarixindən xəbər verən yazı və təsvirlərlə bəzədilib.
Həmçinin dünyanın xəritəsi və FİFA-ya üzv olan 211 assosiasiya və altı konfederasiyanın adı var.
Yeni formatda klublararası futbol üzrə dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Altı konfederasiyadan 32 klub iştirak edəcək.
Gülnar
www.anews.az