EN

"Abzas Media"nın həbsdə olan jurnalistləri təzyiqə məruz qalıb

"Abzas Media"nın həbsdə olan jurnalistlərin təzyiqə məruz qaldıqları bildirilir. Jurnalistlərin yaxınlarının məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də nəzarətçi tərəfindən təhqirə məruz qalıb. 

Həmin günü axşam vaxtı digər nəzarətçi N.Absalamovanı təhqir edib və qolundan xəsarət yetirib. Jurnalistlərin yaxınları qeyd edib ki, noyabrın 15-də bir qrup məhbus qadın Nərgizi Absalamovanı və digərlərinə təzyiq etməyə çalışıb: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar". Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Chosen
38
turan.az

1Sources