EN

Aİ ilk dəfə birgə silah alışını maliyyələşdirəcək

Avropa Komissiyası tarixində ilk dəfə olaraq birgə silah alışına dair qərarı təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, AK-nin saytında yer alan məlumatda bildirilir ki, noyabrın 14-də beş irimiqyaslı layihənin maliyyələşdirilməsi təsdiqlənib.

Qeyd edilir ki, bu layihələrə 300 milyard avro (hər biri 60 milyard) maliyyə vəsaiti daxil olacaq və ümumilikdə birgə satınalmalar Aİ ordusu ölkələrinə tədarük üçün 11 milyard dollardan çox vəsait cəlb edəcək.

Layihələr üç istiqamətdə – hava və raketdən müdafiə sistemlərinin alınması, müasir zirehli texnikanın alınması və döyüş sursatlarının alınması üzrə mühüm müdafiə təyinatlı məhsulların birgə tədarükünə dəstək vermək məqsədi daşıyır.

“Biz müdafiə sahəsində əməkdaşlıq sahəsində mühüm addım atırıq. 20 Aİ ölkəsi bu proqramlarda iştirak edir”, – Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Biz Avropanın müdafiə sənayesini gücləndirmək və Ukraynaya daha çox hərbi dəstək üçün çalışırıq”,- deyə o vurğulayıb.

Avropa Komissiyasının açıqlamasında deyildiyi kimi, bu satınalmaların “kritik müdafiə imkanlarını daha əlçatan edəcəyi” gözlənilir.

Qeyd edilir ki, təsdiq edilmiş layihələrin əksəriyyətinə Ukrayna üçün hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və Rusiyanın təcavüzü kontekstində müdafiə qabiliyyətinin gücləndirilməsi tədbirləri də daxil olmaqla satınalmalar da daxildir.

Chosen
16
1
nocomment.az

2Sources