EN

Abxaziya “prezidenti” istefaya razılıq verdi

"Abxaziya respublikasının prezidenti Aslan Bjaniya tutduğu vəzifədən getməyə razılaşıb və onun səlahiyyətlərini müvəqqəti olaraq hazırkı vitse-prezident Badru Qunba icraçı edəcək".

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "RESPUBLICA" Telegram kanalı məlumat yayıb.

“Biz hamımız Gunbaya hörmət edirik, lakin o, hələ də Bjaniyanın komandasının üzvüdür. Bu təklif bizə yaraşmır”, - müxalifətçi deputat Kan Kvarçia etirazçılar qarşısında çıxış edərkən deyib.

O, vurğulayıb ki, müxalifət Parlamentin sədri Laşa Aşubanın əvəzedici təyin edilməsini tələb edir.


Müəllif: Arzu
Chosen
44
16
teleqraf.com

10Sources