EN

Rusiya uranın ABŞ-a ixracını qadağa qoydu

Rusiya zənginləşdirilmiş uranın ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Söhbət zənginləşdirilmiş uranın ABŞ-a və ya bu ölkənin yurisdiksiyasında qeydiyyatda olan şəxslərlə bağlanmış xarici ticarət müqavilələri üzrə ixracına qadaga qoyulmasından gedir.

İstisna Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən verilən birdəfəlik lisenziyalar əsasında təchizata aiddir.

“Qərar Prezidentin göstərişi ilə ABŞ-ın 2024-2027-ci illər üçün Rusiya uran məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər və qadağalara cavab olaraq qəbul edilib. Vladimir Putin sentyabrda hökumətlə görüşdə xarici bazarlara strateji xammalın tədarükünün məhdudlaşdırılması imkanlarını təhlil etməyi tapşırıb”, - deyə Rusiya hökumətinin bəyanatında deyilir.

Zaur, BakuPost
Chosen
44
5
bakupost.az

6Sources