EN

“Bilirəm, digər klubların pulu bizdən çoxdur, şəraiti daha yaxşıdır”

“Burada çox xoşbəxtəm”.

“Kəpəz”in qapıçısı Rojerio Santos Sportinfo.az-a açıqlamasında belə deyib,

Bu ilin yayında Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayan portuqaliyalı kiper Azərbaycanda özünü yaxşı hiss etdiyini söyləyib:

“Bilirəm, digər klubların pulu bizdən çoxdur, şəraiti daha yaxşıdır. Ancaq mənim üçün önəmli olan komandanın daxilindəki ab-hava və mehribanlıqdır.

O qədər klublar var ki, pulları çoxdur, amma futbolçular xoşbəxt deyil. Bəlkə də zamanla hər şey düşündüyümüzdən də yaxşı olacaq”.

Chosen
55
sportinfo.az

1Sources