EN

Məşhur şirkətlər X-dən getdi

Böyük Britaniyada yerləşən “The Guardian” qəzeti X hesabında xəbərləri paylaşmağı dayandırıb. Metbuat.az xəbər verir ki, qəzet X-dən ayrılma səbəbi kimi irqçilik və sui-qəsd kimi narahat edici məzmunları göstərib. “The Guardian”ın qəzetinin X-də 10,7 milyon izləyicisi var. Qəzet rəhbərliyi bildirib ki, platformada fəaliyyət göstərməyin zərəri faydasından çoxdur. CNN televiziyasının məşhur ekran siması Don Lemon da X-dən ayrıldığını açıqlayıb. Lemon iddia edib ki, X bir vaxtlar açıq müzakirə üçün yaxşı mühit təklif edirdi. Lakin X artıq bu məqsədə xidmət etmir.

Almaniyanın Hamburq şəhərinin futbol klubu “St Pauli” ilə Avstriya Hava Yolları şirkəti də X-dən imtina etdiklərini açıqlayıb.

Chosen
39
metbuat.az

1Sources