EN

"Ona dəyən daş mənə dəysin" - Keçmiş həyat yoldaşından danışdı

"Ona dəyən daş mənə dəysin" - Keçmiş həyat yoldaşından danışdıƏməkdar artist Rühəngiz Allahverdiyeva həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində danışarkən, günahın özündə olduğunu bildirib:

"Toylara gedirdim, həyat yoldaşıma dedim ki, maşın istəyirəm. Dedi, sürə bilmirsən, cavab verdim ki, öyrənəcəyəm. Bir sənət dostum dedi öyrədəcəyəm. Ad günündə idik, iki bacı idilər. Üç nəfər 1 saatlıq maşın sürməyə getdik. Qəza keçirtdim. Sonra bunu elə şişirdib yazdılar ki, sanki Hollivudda idim. Ondan sonra həyat yoldaşım məndən ayrıldı. Təsəvvür edin ki, getmişəm sizdən xəbərsiz maşın sürməyə. Məni saxlayarsan? Yox... Məni çox istəyib, indi də hörmətimi saxlayır. Ona dəyən daş mənə dəysin. Bir həyat oldaşı səni söyməyib, döyməyib, nə deyəcəksən onun haqqında?".

Chosen
70
sonxeber.az

1Sources