EN

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadiƏməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan iləgörüşüb.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdəAzərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duranməsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətindəəməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyimüzakirə olunub.

Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyasıçərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmaslarınəməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğudiqqətə çatdırılıb.

İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimitəşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf COP29-un uğurla təşkil olunmasının İƏT üçünqürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib,sədrlik fəaliyyətində uğurlar arzulayıb.

COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsininregional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeydolunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Chosen
60
az.trend.az

1Sources